Bakı metrosunda qatar

Bakı metrosunda qatar tuneldə qalıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Metbuat.az-a bildirib ki, Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq olub:

"Saat 18:45-də sərnişinləri 28 May stansiyasında boşaldıb Nizami stansiyasından qatarı geri depoya göndərməli olduq. Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR