Bakı metrosunda qatar tuneldə qaldı

Bakı metrosunda qatar tuneldə qaldı
19:23 19 Yanvar 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

"Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".

Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin "28 May" metrostansiyasında boşaldıldığını qeyd edib.

"Saat 18:45-də "Nizami" stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də "28 May" - "Gənclik" stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq", - deyə qurum rəsmisi əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/228325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR