Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb
20:12 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Dünya fond birjalarının məcmu kapitallaşması 2017-ci ildə illik müqayisədə 10,822 trln. dollar və ya 15,5% artaraq 80,838 trln. dollara çatıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il fond birjalarında kapitallaşması ən çox artan Asiya-Sakit Okean regionudur. Bu bölgədə fond birjalarının dəyəri 2017-ci ildə 25,7% artaraq 28,968 trln. dollara çatıb.
Amerika bölgəsinin birjaları 17,8% artaraq 36,517 trln. dollara yüksəlib. Avropa, Afrika və Orta Şərq birjaları isə 3,9% azalaraq 15,352 trln. dollar təşkil edib.
Kapitallaşması ən çox artan ardıcıl ikinci il Belarus fond birjası olub. Belarus fond birjası 2017-ci ildə 127 dəfə artaraq 157,6 mlrd. dollara çatıb. 2016-cı ildə bu göstərici +132% təşkil edib. İstanbul Fond Birjası isə ötən il 44,3% və ya 69,8 mlrd. dollar artaraq 227,5 mlrd. dollara yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunya-fond-birjalarinin-deyeri-81-trln-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR