"Energy Aspects": Bu il ABŞ-ın neft ixracı 1,5 mln. barel/günə çata bilər

"Energy Aspects": Bu il ABŞ-ın neft ixracı 1,5 mln. barel/günə çata bilər
21:02 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Avropa və Asiyadan tələbin artması nəticəsində 2018-ci ildə ABŞ-dan neft ixracının artması ehtimal edilir. "Report" "Energy Aspects" energetika bazarı araşdırma və konsaltinq şirkətinin hazırladığı hesabata istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ABŞ-dan neft və neft məhsulları ixracı 2018-ci ildə 45% artaraq 1,5 mln. barel/günə çatacaq.
Şirkətin baş analitiki Amrita Sen bildirib ki, II yarımillikdə ABŞ-da hasilatın kəskin artması gözlənilir: "Meksika körfəzi sahilindən ixrac yüksək olacaq". Onun fikrincə, ABŞ neftinə tələbatın artmasına səbəb neft emalı zavodları ilə neft-kimya müəssisələrinin sıx inteqrasiyası amili olacaq.
ABŞ Energetika İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, 2017-ci il yanvar-oktyabr aylarında ABŞ-ın orta gündəlik neft ixracı 1,037 mln. barel təşkil edib. 2016-cı ildə isə bu göstərici 591 min barel/gün olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/energy-aspects-bu-il-abs-in-neft-ixraci-1-5-mln-barel-gune-cata-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR