Moskvada azərbaycanlı jurnalist vəfat etdi

Moskvada azərbaycanlı jurnalist vəfat etdi
22:54 19 Yanvar 2018
43 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün Moskvada dünyasını dəyişib.

 

Mərhum yanvarın 21-də Moskvanın Perepeçinsk qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə "Molodyoj Azerbaydjana" qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə “Komsomolskaya pravda” qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.

 

Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə "Azərros" qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqressinin mətbuat orqanı olan "Azərbaycan Konqressi" qəzetində redaktor kimi çalışıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR