Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
“Report” xəbər verir ki, o bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib.
"Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib.
Türkiyə mətbuatı bundan əvvəl Ankaranın Suriya kürdlərinə qarşı xüsusi əməliyyatı öncəsi Rusiya hərbçilərinin Afrindən çıxarılması barədə məlumat yayıb.