Baş nazir: “Brexit”ə dair ikinci referendum keçirilməyəcək”

Baş nazir: “Brexit”ə dair ikinci referendum keçirilməyəcək”
05:24 20 Yanvar 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar ikinci referendum keçirilməyəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

 

“Daha bir referendum olmayacaq. Parlament Britaniya ictimaiyyətinə seçim hüququ, ictimaiyyət isə qərarını verib”, deyə baş nazir vurğulayıb.

 

Yanvarın 16-da Avropa İttifaqı Şurasının sədri Donald Tusk Avropa Parlamentində çıxış edərkən deyib ki, Böyük Britaniya hələ də "Brexit"lə bağlı qərarını dəyişib, Avropa İttifaqında qala bilər.

 

Qeyd edək ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. 2017-ci il, fevralın 1-də isə Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR