Bütün dövrlərin ən yaxşı 100 filminin SİYAHISI

Bütün dövrlərin ən yaxşı 100 filminin SİYAHISI
05:28 20 Yanvar 2018
166 Şou
Ölkə mətbuatı
A- A+

“IndieWire” internet portalı “Rotten Tomatoes” saytının istifadəçiləri arasında keçirtdiyi sorğu əsasında ən yaxşı filmlərin siyahısını hazırlayıb.

Publika.az xəbər verir ki, siyahıda ən azı 40 resenziya yazılan ekran əsərləri daxil edilib. Siyahıya rejissor Viktor Fleminqin “Oz ölkəsinin sehrbazı” (1939) musiqili filmi liderlik edir. Hesabında iki “Oskar” mükafatı olan bu ekran əsəri 1998-ci ildə ən yaxşı 10 Amerika filmi siyahısına daxil olub.

İstifadəçilərin səsverməsinə görə, siyahının ikinci sırasında Orson Uellsin “Vətəndaş Keynə” (1941) filmini qərarlaşıb. Bu əsər bu günə qədər hazırlanan əksər siyahılarda ilk pillələrdə qərarlaşıb. Britaniyanın “Sight and Sound” jurnalının reytinqində bu film ardıcıl olaraq 5 dəfə birinci yeri tutmuşdu.

Ardıcıllıqda üçüncü yerdə isə Cordan Pilin “Uzaq ol” qorxu filmi yer alıb. İlk 10-luqda “Quduz Maks: qəzəb yolu” (2015, Corc Miller) və “Inside Out” (Qıfılbənd) cizgi filmi (2015, Pit Doker, Pixar) də daxildir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/228352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR