Türkiyədə avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, 42 nəfər yaralanıb

Türkiyədə avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, 42 nəfər yaralanıb
09:17 20 Yanvar 2018
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyənin Eskişehir şəhərində avtobusun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.
“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, avtobus Ankaradan Bursa istiqamətində hərəkət edirmiş.
Hadisə yanvarın 20-də səhər saatlarında baş verib. 
Qəzanın baş vermə səbəbi haqda hələki məlumat yayılmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-avtobus-qezaya-ugrayib-13-nefer-olub-42-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR