Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib
10:14 20 Yanvar 2018
41 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

 

Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.  

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR