"Prezident seçkilərinə hazırlıq başlayıb" - MSK sədri

"Prezident seçkilərinə hazırlıq başlayıb" - MSK sədri
10:59 20 Yanvar 2018
51 Digər
Ölkə mətbuatı
A- A+

“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”. 

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov siyasi partiyaların illik hesabatlarını MSK-ya göndərməyə başladıqlarını söyləyib: “Artıq hesabatları göndərməyə başlayıblar. Biz çalışırıq bunu qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların bu məsələyə münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Eyni zamanda, bu gün mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR