Hande Erçel sevgilisi Murad Dalkılıçla ilk dəfə birlikdə görüntülənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiç sevgilisi Ekin Mert Daymazın dostu Mehmet Dinçerlə görüşən aktrisa indi də Murad Dalkılıçla eşq yaşayır.
Uzun müddətdir sevgili olduğu deyilən cütlüyün münasibətləri nəhayət ki, təsdiq olunub. Murad Handenin bacısı Qamze Çelikin doğum günündə iştirak edib, hətta mahnılar ifa edib. Doğum günündə çəkilən görüntülər sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, Murad Dalkılıç iki illik həyat yoldaşı Merve Boluğurdan bir neçə ay əvvəl boşanıb.