Rusiyada məktəbə hücum zamanı yaralananlardan biri komadadır

Rusiyada məktəbə hücum zamanı yaralananlardan biri komadadır
11:17 20 Yanvar 2018
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Udan-Ude şəhərində məktəbə hücum zamanı yaralananlardan birinin vəziyyəti ağırdır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Buryatiya Respublikasının səhiyyə naziri Dambinima Sambuyev bildirib.
"Bir qız komadadır, süni nəfəs aparatına bağlanıb. Onunla Sankt-Peterburqdan olan mütəxəssislər, neyrocərrahlar və neyroreanimatoloqlar məşğul olurlar", - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Ulan-Ude şəhərinin "Sosnovıy bor" mikrorayonunda məktəbdə 7-ci sinif şagirdlərinə hücum olub.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, 9-cu sinif şagirdi rus dili və ədəbiyyatı otağına alışqan tərkibli şüşə atıb, sonra da şagirdlərə və müəllimə hücum edib.
Son məlumatlara görə, müəllim, şagirdlər və hücum edənin özü də daxil olmaqla, yeddi nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-mektebe-hucum-zamani-yaralananlardan-biri-komadadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR