Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb

Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb
11:37 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 2 banka məxsus 11 avtomobili açıq hərracda satıb.
“Report” Fonda istinadən xəbər verir ki, hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub.
“Bank Standard” QSC-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, eləcə də “Atrabank”ın balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” markalı minik avtomobilləri satılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-2-baglanmis-banka-mexsus-avtomobiller-herracda-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR