Ağcabədidə rayon sakininin evindən silah-sursat aşkar olunub

Ağcabədidə rayon sakininin evindən silah-sursat aşkar olunub
12:32 20 Yanvar 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Ağcabədidə rayon sakininin evindən silah-sursat aşkar olunub.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər. Nəticədə evdən 1 ədəd “Makarov”, 1 ədəd “Reck-Cobra” markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-rayon-sakininin-evinden-silah-sursat-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR