Demokratların Senatdakı lideri Trampı qurumların bağlanmasında ittiham edib

Demokratların Senatdakı lideri Trampı qurumların bağlanmasında ittiham edib
13:07 20 Yanvar 2018
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ "ABŞ-ın federal qurumlarının bağlanmasına görə bütün günah ölkə prezident Donald Trampdadır".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının ABŞ Senatındakı lideri Çak Şumer deyib.
O, məhz Trampın istəmədiyi üçün respublikaçı əksəriyyətin büdcə məsələsində demokratlarla razılaşmadığını qeyd edib.
Ç.Şumer həmçinin bu gün danışıqları bərpa etməyə çağırıb.
Qeyd edək ki, ABŞ-ın federal qurumları maliyyələşdirilmənin kəsilməsi səbəbilə 2013-cü ildən bəri ilk dəfə fəaliyyətini dayandırıb
Ağ Evdən bildiriblər ki, baş verənlərə görə Demokratlar Partiyasından olan deputatlar günahkardır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/demokratlarin-senatdaki-lideri-trampi-qurumlarin-baglanmasinda-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR