Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olunub
13:37 20 Yanvar 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 20 yanvar. REPORT.AZ/ Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov torpağa tapşırılıb.
“Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin, şəhidin hərbçi yoldaşlarının və xidmət etdiyi hərbi hissəsinin zabitlərinin iştirak ediblər.
*** 11:17
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov bu gün dəfn olunacaq.
“Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin, şəhidin hərbçi yoldaşlarının və xidmət etdiyi hərbi hissəsinin zabitlərinin iştirakı gözlənilir.







Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-ordusunun-sehid-olan-esgeri-neftcalada-defn-olunub-yeni-leni-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR