Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
14:27 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından etibarən soyuq hava şəraitinə, əsən güclü küləyə baxmayaraq on minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.
"Report"un məlumatına görə, dövlət rəsmiləri, müəllimlər, şagird və tələbələr, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları, tərbiyəçilər, hərbçilər, tibb işçiləri, həmçinin digər sahələrdə çalışan insanlar şəhidlərin məzarına gül dəstələri düzüb, onların ruhuna rəhmət oxuyublar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 28 il ötür. 28 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.
















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/azerbaycan-xalqi-20-yanvar-sehidlerini-yad-edir-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR