Ermənistan prezidenti Fransaya işgüzar səfər edəcək

Ermənistan prezidenti Fransaya işgüzar səfər edəcək
16:22 20 Yanvar 2018
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan yanvarın 22-24-də Fransaya işgüzar səfər edəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Sarqsyan yanvarın 22-23-də Fransa prezidenti Emmanuel Makron, Senatın rəhbəri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşəcək.
Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-prezidenti-fransaya-isguzar-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR