Quru əməliyyatı faktiki olaraq başladı - Ərdoğan AÇIQLADI

Quru əməliyyatı faktiki olaraq başladı - Ərdoğan AÇIQLADI
16:28 20 Yanvar 2018
134 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı qüvvələri faktiki olaraq Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Publika.az “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə ordusu növbəti əməliyyatını Suriyanın Münbic bölgəsində keçiriləcək.

“Terror təşkilatlarına etibar etməyinin nə qədər yanlış olduğunu öyrənəcəklər. Bu bölgədə Türkiyədən başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər. Türkiyənin əli-qolu bağlı oturacağını hesab edirlərsə, səhv edirlər. Artıq ABŞ-ın nə dediyi bizi maraqlandırmır”, - Ərdoğan bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR