"S&P" bu il neftin qiymətinə dair proqnozunu 5 dollar artırıb

"S&P" bu il neftin qiymətinə dair proqnozunu 5 dollar artırıb
17:37 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi 2018-ci ildə "Brent" markalı neftin qiymətinə dair proqnozunu 5 dollar/barel artıraraq 60 dollar/barelə çatdırıb. 
"Report" xəbər verir ki, agentlik "WTI" markalı neftin qiyməti üçün proqnozunu isə 50 dollar/bareldən 55 dollar/barelə çatdırıb.
"S&P" bəyan edib ki, bu ilin I yarısında qlobal neft bazarında təklif əsasən tələbə uyğun olacaq. Bununla yanaşı agentliyin analitikləri bildirib ki, neftin çatdırılmasında yarana biləcək mümkün problemlər qısamüddətli perspektivdə qiymətləri artıracaq. 
Qeyd edək ki, agentlik 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta qiyməti üçün proqnozunu dəyişməyərək 55 dollar/barel səviyyəsində saxlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/s-p-bu-il-neftin-qiymetine-dair-proqnozunu-5-dollar-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR