Makedoniyalı siyasətçi 20 Yanvar faciəsindən danışdı

Makedoniyalı siyasətçi 20 Yanvar faciəsindən danışdı
18:28 20 Yanvar 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Türk Hərəkatı Partiyasının sədri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı fikirlərini bildirib.

Publika.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Sovet imperiyası Azərbaycan xalqının azadlıq və istiqlaliyyət arsuzunu məhv etmək istəyirdi. Ancaq milyonlarla azərbaycanlı meydana çıxaraq buna öz etirazlarını bildirdilər. Yüzlərlə qardaş və bacılarımız imperiya tərəfindən şəhid edildi. Ancaq imperiya Azərbaycan xalqının istiqlal arzusunun qarşısını ala bilmədi. Bir ildən sonra Azərbaycan öz müstəqilliyini əldə etdi və bu gün şəhidlər hörmət, sayğı ilə yad edilirlər. Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR