Avropa Şurası: Azərbaycanda tolerantlıq ənənələrinin inkişafına böyük diqqət ayrılır

Avropa Şurası: Azərbaycanda tolerantlıq ənənələrinin inkişafına böyük diqqət ayrılır
18:47 20 Yanvar 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və bu sahəyə böyük diqqət ayrılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Şurasının (AŞ) Şimal-Cənub Təşkilatının rəhbəri Antonio Gamito Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə deyib.

AŞ rəsmisi bildirib ki, həmin tədbirlərdə iştirak edən alimlər, mütəxəssislər də bu fikirdədirlər və həyata keçirilən bu kimi layihələri yüksək qiymətləndiririk.

Təşkilat Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun partnyorudur. Görüş zamanı Forumun əhəmiyyətindən bəhs olunub, 2018-ci ildə Bakı Prosesinin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə olunub.

Məlumatda qeyd olunur ki, görüşdə bu il ölkəmizdə keçiriləcək Humanitar Forum haqqında da söhbət açılıb, bu istiqamətdə yeni layihələrin işlənilməsi və bu kimi tədbirlərin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlılığı barədə fikir mübadiləsi aparılıb.

Nazir Ə.Qarayev A.Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edib və gələcəkdə də mərkəzlə əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, görüş nazir Ə.Qarayevin Portuqaliyaya səfəri çərçivəsində baş tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/618346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR