Rusiya ordusu Afrini tərk etdi

Rusiya ordusu Afrini tərk etdi
20:59 20 Yanvar 2018
139 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ordu komandanlığı Türkiyənin əməliyyat keçirdiyi Suriyanın Afrin rayonundakı hərbçilərin təhlükəsizliyini təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görüb.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, komandanlığın əmri ilə Rusiya hərbçiləri Afrindən “Təl Rifat” təhlükəsizlik zonasındakı Təl Əcər rayonuna dislokasiya edilib.

 

Məlumata görə, “Təl Rifat” təhlükəsizlik zonasındakı vəziyyətə fasiləsiz nəzarət olunur.  

 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR