MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı - VİDEO

MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı - VİDEO
21:22 20 Yanvar 2018
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Hazırda ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir. Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov deyib ki, seçiçi siyahılarıyla bağlı iş yaz aylarında tamamlanacaq. Bunun ardınca siyahılar rəsmi sənəd kimi təsdiq olunacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, MSK sədri siyasi partiyaların hesabat məsələsinə də toxunub. O deyib ki, artıq bu işə məsuliyyətlə yanaşılır. Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatlarını ilin əvvəlindən göndərməyə başlayıblar.

Ölkədə növbəti prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/618379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR