Rusiya Müdafiə Nazirliyi: Afrindəki əməliyyata Pentaqonun ABŞ yönümlü qüvvələrə silah tədarükü səbəb olub

Rusiya Müdafiə Nazirliyi: Afrindəki əməliyyata Pentaqonun ABŞ yönümlü qüvvələrə silah tədarükü səbəb olub
21:27 20 Yanvar 2018
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Pentaqonun ABŞ yönümlü qüvvələrə müasir silahların, o cümlədən zenit əleyhinə raket qurğularının tədarükü Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə səbəb olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriyanın bu hissəsində vəziyyətin böhran vəziyyətinə kimi inkişaf etməsinin əsas faktorları ABŞ-ın kürd əhalisinin çoxluq təşkil etdiyi ərazilərin xüsusiləşməsinə istiqamətlənmiş təxribatçı addımları olub. Rəsmi Vaşınqtonun Türkiyə ilə sərhəddə “sərhəd qüvvələri”nin yaradılmasına dair bəyanatları Ankaranın kəskin reaksiyasına səbəb olub. ABŞ silahlı qruplaşmaları dəstəkləməklə Suriya dövlətçiliyinin süqutuna zəmin yaradır", - deyə bəyanatda bildirilir.
Bəyanatda həmçinin vurğulanır ki, ABŞ-ın bu kimi məsuliyyətisz addımları Suriyaya dair sülh danışıqların pozulmasına yol açır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-mudafie-nazirliyi-afrindeki-emeliyyata-pentaqonun-abs-yonumlu-quvvelere-silah-tedaruku-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR