Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə ediblər
22:02 20 Yanvar 2018
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-dan olan həmkarı Reks Tillerson ilə telefon danışığında Suriyanın şimalında sabitliyin təmin edilməsi və BMT himayəsi altında sülh danışıqlarına dair məsələləri müzakirə ediblər.
"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Telefon danışığında həmçinin beynəlxalq və ikitərəfli aktual məsələlərə toxunulub. Ölkələrin xarici siyasət rəhbərləri sıx şəkildə əlaqə saxlamağı qərara alıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, telefon danışığı ABŞ dövlət katibinin təşəbbüsü ilə reallaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/lavrov-ve-tillerson-suriyadaki-veziyyeti-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR