Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb

Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb
22:22 20 Yanvar 2018
128 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qanadı YPG-nin mövgelərinə zərbə endirən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi uğurla yerinə yetirdiyi tapşırıqdan sonra hərbi bazaya qayıdıb.
"Report"un "Qazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.
Qeyd edək ki, “Zeytun budağı” adlı hərbi əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Əməliyyatda iştirak edən 72 təyyarə terrorçuların 108 mövqeyini məhv edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-hhq-nin-afrini-bombalayan-teyyareleri-bazaya-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR