ABŞ-da Trampın hakimiyyətinn ildönümü ilə əlaqədar etiraz aksiyaları keçirilir

ABŞ-da Trampın hakimiyyətinn ildönümü ilə əlaqədar etiraz aksiyaları keçirilir
00:17 21 Yanvar 2018
211 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-da on minlərlə insan prezident Donald Trampın hakimiyyətə gəlməsinin ildönümü ilə əlaqədar onun yürütdüyü siyasətə qarşı etiraz aksiyaları keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Etiraz aksiyaları Los Anceles, Nyu-York, Çikaqo, Denver də daxil olmaqla, onlarla şəhərdə keçirilir. Aksiya iştirakçıları Trampın yürütdüyü miqrasiya siyasətindən narazıdır. Bundan əlavə, onlar abortların maliyyələşməsinin məhdudlaşdırılmasına görə də etirazlarını bildirirlər.
Habelə cinsi zorakılığa qarşı çıxan insanlar da küçələrdə öz etirazlarını bildirir. Aksiyalara həmçinin cinsi azlıqlar və miqrantları dəstəkləyən ictimai təşkilatlar da qoşulub.
Etirazçılar ABŞ-ın federal hökumətinin fəaliyyətini müvəqqəti dayandırmasına narazılıqlarını bildiriblər. Onlar bunun səbəbkarı kimi Tramp administasıyasını ittiham ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-trampin-hakimiyyetinn-ildonumu-ile-elaqedar-etiraz-aksiyalari-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR