Türkiyədə keçirilmiş xüsusi əməliyyatda terrorçuluqda şübhəli bilinən 54 əcnəbi saxlanılıb

Türkiyədə keçirilmiş xüsusi əməliyyatda terrorçuluqda şübhəli bilinən 54 əcnəbi saxlanılıb
00:47 21 Yanvar 2018
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyədə keçirilmiş antiterror əməliyyatında 54 əcnəbi saxlanılıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbulun 8 rayonunda, 11 müxtəlif ünvanda aparılıb.
Saxlanılanlar İŞİD terror qruplaşmasının hərbi əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Bəzi məlumatlara görə, şübhələnilənlər yaxın vaxtlarda Avropada qaçmağı planlaşdırırmış.
Şübhəlilərin milliyyətləri açıqlanmır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-kecirilmis-xususi-emeliyyatda-terrorculuqda-subheli-bilinen-54-ecnebi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR