Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - VİDEO

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - VİDEO
01:28 21 Yanvar 2018
417 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı çoban Pərvin Səfərov “O səs Türkiyə” mahnı müsabiqəsinin ikinci turunda “Yorğun illərim” adlı mahnı ilə çıxış edib.

Murad Bozun komandasında olan iştirakçımız 3 nəfər arasından növbəti tura keçməyi bacarıb.

Bu barədə Kult.az-a danışan ifaçı növbəti tura keçdiyinə görə həm çox sevindiyini, həm də təəccübləndiyini bildirib:

“Əslində növbəti tura keçəcəyimi gözləmirdim. Bu tura xüsusi hazırlaşsam da, səhnədə yenə də istədiyim performansı göstərə bilmədim. Həm də bu turda əvvəlkindən fərqli olaraq səhnəyə iki rəqiblə çıxmışdım. Murad bəy məni yox, onlardan birini də seçə bilərdi. Seçim anında inanılmaz həyəcanlı idim. Gözlərimi yumub gözləyirdim ki, həyəcanımı üstələyə bilim”.

Qeyd edək ki, Pərvin Səfərov bir müddət əvvəl sosial şəbəkələrdə yayılan bir ifasından sonra məşhurlaşmış və “O səs Türkiyə” mahnı müsabiqəsinə dəvət almışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/228444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR