Qubada yanğın olub.
Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın rayonun Kələnov kəndində ümumi sahəsi 308 m² olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.