Bakı. 21 yanvar. REPORT.AZ/ Polşanın daxili işlər naziri Yoahim Brudzinski Belostok şəhərində Səudiyyə Ərəbistanının vəsaiti ilə Müsəlman Mədəniyyəti və Təhsili inşası planını tənqid edib.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"ində yazıb.
"Mən Daxili İşlər Nazirliyinin məsul departamentinə bu məsələni araşdırmağı tapşırdım", - deyə nazir yazıb.
O həmçinin qeyd edib ki, mədəni və coğrafi cəhətdən uzaqlaşdırılmış Səudiyyə Ərəbistanı öz vətənlərinə bel bağlaya bilən Polşa tatarlarını dəstəkləməməlidir.