Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub
03:42 21 Yanvar 2018
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp özünün prezidentlik dövrünün uğurlarına qısa şəkildə yekun vurub.
"Report" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
"Seçki anından ölkəmiz ünün bir çox sahələrdə müqayisəolunmaz uğurlar..!", - deyə o yazıb.
Tramp xüsusi olaraq maliyyə bazarlarında rekordları, ordunun gücləndirilməsini, cinayətkarlığa və sərhədlərə nəzarəti, həmçinin İŞİD terrorçularına qarşı uğurlü mübarizəni öz prezidentliyinin müvəffəqiyyətlərinə aid edib.
"Qadınlar arasında işsizliyin ən aşağı səviyyəsi, bütovlükdə vergilərin genişmiqyaslı azaldılması, məcburi tibbi sığortanın sonu və bir çox başqa...(uğurlar-red)", - deyə Amerika prezidenti əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-prezidentlik-selahiyyetinin-1-iline-yekun-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR