Florida sahillərində minlərlə tısbağa donmaq təhlükəsindən xilas edilib

Florida sahillərində minlərlə tısbağa donmaq təhlükəsindən xilas edilib
04:07 21 Yanvar 2018
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın Geologiya Xidmətinin mütəxəssisləri və könüllülər Florida ştatının sahillərində soyuqdan donmaq təhlükəsi ilə üzləşən min tısbağanı xilas ediblər.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, qeyri-adi soyuqlar heyvanların çətinliklə üzməsinə və nəfəs almasına gətirib çıxarıb.
Xilasedicilər bədbəxtliklə üzləşmiş heyvanları ehtiyatla yığıblar. Qeyd edilir ki, bu ay 1000-dən çox tısbağa xilas olunub, baxmayaraq ki, il ərzində orta hesabla 30-40 tısbağa xilas edilir.
Sürünənlər adətən bərpa üçün Fars körfəzinə göndərilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/florida-sahillerinde-minlerle-tisbaga-donmaq-tehlukesinden-xilas-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR