Türkiyə ABŞ-ın Suriyada istifadə etdiyi aerodromu bombaladı

Türkiyə  ABŞ-ın Suriyada istifadə etdiyi aerodromu bombaladı
04:29 21 Yanvar 2018
170 Digər
Ölkə mətbuatı
A- A+

 

 

 

Türkiyə təyyarələri YPG-yə silahlandırılmasında ABŞ-ın Suriyada istifadə etdiyi “Minninq” aerodromuna zərbələr endiriblər.

 

APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, “Minninq” aerodromu Afrindəki “Zeytun budağı” əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilib.

 

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

 

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində əvvəlcədən nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR