Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub
06:42 21 Yanvar 2018
149 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.
“Report” “Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yüngül yaralanıb.
İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib. Dördüncü raket boş əraziyə düşüb.
Raketlərin düşdüyü evlərdə kiçik həcmli yanğınlar baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-erazisi-suriyadan-raket-atesine-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR