Əfqanıstanda otelə hücum etmiş silahlılardan ikisi zərərsizləşdirilib

Əfqanıstanda otelə hücum etmiş silahlılardan ikisi zərərsizləşdirilib
07:52 21 Yanvar 2018
114 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstan polisi Kabilin şimal qərbindəki "Intercontinental" otelinə hücum etmiş dörd terrorçudan ikisini zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.
Qeyd edilir ki, atışma hələ davam edir. Güc strukturları mehmanxanadan 15 ölü və yaralını çıxarıblar.
Xatırladaq ki, silahlılar iki toy mərasiminin keçirildiyi otelə soxulublar. Onlar qonaqları atəşə tutmağa başlayıblar.
Bəzi məlumatlara görə isə, hücum zamanı orada informasiya texnologiyalarına həsr olunmuş konfrans keçirilib. Jurnalistlər 35 ölən və yaralının olduğunu bildirirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-otele-hucum-etmis-silahlilardan-ikisi-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR