ABŞ-da "Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlanıb

ABŞ-da "Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlanıb
08:27 21 Yanvar 2018
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ hökuməti işini dayandırdığından Nyu-Yorkda yerləşən "Azadlıq abidəsi"nin əməkdaşları qapıları ziyarətçilərin üzünə bağlamalı olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, abidəni yaxından görmək istəyən turistlət biletlər əldə etsələr belə, nə abidənin özünə, nə də yaxınlığdakı parka daxil ola biliblər.
Qeyd edək ki, Konqres hökumət büdcəsinə dair razılığa gələ bilmədiyinə görə hökumət işini müvəqqəti dayandırıb.
ABŞ Senatında müvəqqəti büdcə ilə bağlı səsvermə yanvarın 22-ə təyin edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-azadliq-abidesi-ziyaretcilerin-uzune-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR