Azərbaycanın erməni mövqelərinə PUA-larla mina zərbələri endirməsi

Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumatda bildirilir ki, erməni mətbuatı bu barədə həqiqətəuyğun olmayan məlumatlar yayır: "Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyimiz xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Bildiririk ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir. Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı".

Cəbhədə gərgin gecə - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR