Adlarından utanmayanlar (VİDEO)

Adlarından utanmayanlar (VİDEO)
14:01 10 Yanvar 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Ad və soyadların dəyişdirilməsi ilə bağlı 3046 nəfər müraciət edib.

ANS TV-nin məlumatına görə, uzun illər dəmir yolunda işləyən Dilənçi Novruzov, öz qəribə adı ilə tanınan şəxslərdəndir. Qazax rayonunda yaşayan 66 yaşlı Dilənçi kişi deyir ki, mənə bu cür adın qoyulmasının səbəbkarı anamdır. Ailədə 9 uşaq olublar təəssüf ki, başqa uşaqlar həyatda çox qalmayıblar. Sonda anası Allaha əhd edib ki, övladı olsa adını Dilənçi qoyacaq və yeddi qapı dilənəcək. Elə o vaxtdan da adı bu cür qalıb və Dilənçi kişi heç vaxt da adından utanmayıb.

Adı ilə fəxr edən Dİlənçi Novruzov bu addan heç vaxt utanmadığını və bu adın həmişə ona uğur gətirdiyini deyir.

Statistik məlumatlara görə, 2014 cü ildə əhalinin 30 faizi ad və soyadların dəyişdirilməsi ilə bağlı müraciət edib. Belə ki, qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 3046 müraciət daxil olub ki, həmin şəxslərin də istəkləri təmin edilib. Əksər vətəndaşlar Sovet dönəmindən miras qalmış soyad sonluqlarından qurtulmaq istəyir. Elə adları da dəyişmək istəyənlar az deyil. Maraqlıdır bəs şəhər sakinlərinin buna münasibəti necədir?

Şəhər sakini Böyükağa Əliyevin fikrincə soyadlarda “ov” yox, “zadə”, olsa daha yaxşı olar.

Son statistik məlumatlarda müraciətlərdə, vətəndaşlar tərəfindən əsasən pis səslənən, çətin tələffüz edilən, gülüş doğuran, milliyyətə, cinsə uyğun gəlməyən, pis məna verən, gülünc və sair adların dəyişdirilməsi səbəb kimi göstərilib. Soyadlarda isə vətəndaşlar əsasən ov, yev sonluqlarını zadə, oğlu, soy, lı-li-lu-lü şəkilçiləri ilə əvəzləməyə üstün tutub.

Terminoloq Səyalı Sadıqova deyir ki, hər bir kəs istəyir ki, onun adı gəşənq, yığcam səslənsin. Eyni zamanda mənalı, diqqəti cəlb edən və onun taleyinə mənfi təsir etməyən olsun. O, yeni adların əksəriyyətinin klassiklərimizin, tarixi abidələrimizdə istifadə olunan adlar olduğunu və bunun da bizim milli soy kökümüzə qayıdışın bərpa edildiyini deyir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2011-ci ildə çıxardığı qərara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ad və soyadların dəyişdirilməsi ilə bağlı qeydiyyat orqanlarına müraciət edə bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR