Rusiya 2018-ci ildə neft bazarının balanslaşacağını gözləyir

Rusiya 2018-ci ildə neft bazarının balanslaşacağını gözləyir
11:07 21 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyi ümid edir ki, beynəlxalq neft bazarı artıq cari ildə tarazlaşa bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə bazar günü Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
"Ümumilikdə [neftin qiyməti] bu il balanslaşmalıdır, nə vaxt – onu zaman göstərəcək. Hələlik qalıqların (neft ehtiyatlarının – red.) azalması yaxşıdır, bütün dünyada qalıqların azalması davam edir", - deyə Novak əlavə edib.
Onun sözlərinə görə, Rusiya şirkətləri neft qiymətlərinin qalxmasına baxmayaraq, hələ ki, bahalı neft layihələrinə qayıtmaq niyyətində deyillər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-2018-ci-ilde-neft-bazarinin-balanslasacagini-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR