Abşeronda məktəbli gözündən güllə yarası alıb - FOTOLAR

Abşeronda məktəbli gözündən güllə yarası alıb - FOTOLAR
13:18 21 Yanvar 2018
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb.

Publika.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev, Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nahiyəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən Akademik U. Musabəyli adına Oftalmoloji xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Kəsilmiş cırılmış göz cərrahi əməliyyat olunub. Hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR