Türkiyə ordusu Suriya sərhədini keçdi

Türkiyə ordusu Suriya sərhədini keçdi
13:19 21 Yanvar 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı  məlumat yayıb.

 

Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Suriyasərhədini keçib.

 

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə havazərbələri endirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR