Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb olub

Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb olub
13:42 21 Yanvar 2018
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində olub.
Qəza zamanı "Mercedes", "VAZ-2107" və "Hyundai Tucson" markalı avtomobillər bir-birinə çırpılıb.
İlkin məlumatlara görə, qəza hərəkətdə olan "Mercedes"in yolu keçən piyadaya yol vermək üçün qəfil əyləci basması nəticəsində baş verib. Hər 3 avtonəqliyyat vasitəsinə ziyan dəyib, ölən və yaralanan yoxdur.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-piyadaya-yol-veren-masin-zencirvari-qezaya-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR