Kürdlər Afrinə görə Rusiyanı düşmən elan etdi - YPG

Kürdlər Afrinə görə Rusiyanı düşmən elan etdi - YPG
14:43 21 Yanvar 2018
161 Dünya
Ölkə mətbuatı
A- A+

YPG terror təşkilatı Rusiyanın razılığı olmadan Türkiyənin Afrin əməliyyatı keçirməyəcəyini elan edib.

Teleqraf.com xəbər verir ki, YPG açıqlamasında "Afrin əməliyyatına görə Rusiya ən azı Türkiyə qədər məsuliyyət daşıyır, bu məsələdə Türkiyənin ortağıdır", - deyә bәyan edib.

Qeyd edək ki, YPG-nin bu açıqlaması Şimali İraq Kürd Muxtariyyətinin media quruluşu olan Rudav TV tərəfindən tirajlanması xüsusilə diqqət çəkib.

YPG-nin açıqlamasında Rusiya açıq şəkildə düşmən elan olunur:

“Türk əsgərinin dünyadan, xüsusilə Rusiyadan razılıq almadan bu addıma getməyəcəyini gözəl bilirik. Rusiya Afrində olan hərbçilərini geri çəkərək Türkiyənin əməliyyatına dolayısı ilə dəstək verib, bu işdə ortaq olub. Bu səbəbdən hücuma görə, Rusiya Türkiyə qədər cavabdehlik daşıyır”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR