Yevlax sakini öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub

Yevlax sakini öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub
14:52 21 Yanvar 2018
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 21 yanvar. REPORT.AZ/ Gecə saatlarında Yevlax rayonunun Gülövşə kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, yerli sakin mübahisə zəminində öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub.
Adı hələ ki, məlum olmayan yaralı xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlax-sakini-oz-hemkendlisine-17-bicaq-zerbesi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR