Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib

Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib
14:57 21 Yanvar 2018
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 21 yanvar. REPORT.AZ/ Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb.
"Report"un Cənub bürosunun xəbərinə görə, əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində "102" xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətləri olduğu, ötən ilin oktyabr ayından vətəndaş nikahında yaşadığı 38 yaşlı Cəfərova Vüsalə Balamirzə qızının evdən çıxaraq naməlum istiqamətdə getdiyini bildirib.
Vüsalə evdən səhər tezdən çıxıb və gedərkən həyat yoldaşının ona verdiyi nişan üzüyünü və 500 manat pulu özü ilə götürüb. Masanın üzərinə isə evi tərk etməsi barədə məktub qoyub. Qadın yazıb ki, "məni axtarmayın!".
V.Cəfərova əvvəllər ailəli olub və üç övladından imtina edərək Elvin Məmmədovla qaçıb. Birgə yaşadıqları dövrdə aralarında hər hansı bir anlaşılmazlıq olmayıb.
Polis E.Məmmədovun müraciəti əsasında onun yaşadığı ünvanda müvafiq yoxlamalar aparıb və heç bir cinayət xarakterli iz aşkar etməyib.
V.Cəfərovanın Aşağı Nüvədi qəsəbəsində yaşayan ailə üzvləri də qızlarının yerindən xəbərsiz olduqlarını, lakin qadının bir neçə gün öncə öz qızına naməlum nömrədən zəng vuraraq geri qayıtmayacağını bildirdiyini söyləyiblər.
V.Cəfərovanın evdən çıxaraq itkin düşməsi barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Boyu 175 sm-dir, gözlərinin rəngi qəhvəyidir, o, orta bədən ölçülüdür. Fotodakı bu qadınla bağlı məlumatı olanlardan DİN-in "102" xidmətinə və 051-458 -21-08 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-uc-ovladini-ataraq-basqasi-ile-qacan-qadin-axtarisa-verilib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR