Lənkəranı dəhşətə salan şəxs tutuldu: Gecə küçələrdə rast gəldiyi insanları döyürdü - FOTO

Lənkəranı dəhşətə salan şəxs tutuldu: Gecə küçələrdə rast gəldiyi insanları döyürdü - FOTO
16:33 21 Yanvar 2018
240 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Publika.az APA-ya istinadən xəbər verir ki, Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR