Cəlilabad rayonunda qadını ilan sancıb

Cəlilabad rayonunda qadını ilan sancıb
17:37 21 Yanvar 2018
258 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 21 yanvar. REPORT.AZ/ Qışın oğlan çağında Cəlilabad rayonunun Hacıcavad kəndində ilansancma hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb.
Zərərçəkmişin sözlərinə görə, o, əvvəlcə bunun arı olduğunu düşünüb. Lakin sonradan ot bağlamasının arasında ilanı görüb. Qadın yaxınları tərəfindən kənd məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub.
Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabad-rayonunda-qadini-ilan-sancib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR